Medvedevdən Qarabağ açıqlaması: “Danışıqlar masasına oturmaq lazımdır”

medved-1

Rusiya öz mövqeyini qeyd edərək Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına başlayıb. Əsas məsələ – atəşi saxlayıb danışıqlar masası arxasına oturmaqdır.

Trend-in məlumatına görə, bunu Rusiyanın Baş naziri Dmitri Medvedev “Vesti v subbotu” proqramına müsahibəsində deyib.

D.Medvedev bildirib: “Bütün olanlardan sonra təsir gücünə malik, həm Ermənistan, həm Azərbaycanla tərəfdaşlıq münasibətləri olan bir dövlət kimi Rusiya Federasiyası ondan asılı olan hər bir şeyi etməli idi ki, münaqişə uzanmasın, permanent mərhələyə qədəm qoysun. Ona görə Rusiya prezidenti Putin Azərbaycan Prezidenti İlham Əliyevə və Ermənsitan prezidenti Serj Sarkisyana zəng vurdu, mövqeyimizi ifadə etdi”.

D.Medvedev qeyd edib: “Rusiyanın mövqeyi ondan ibarətdir ki, nə olur olsun, eskalasiyaya yol vermək olmaz, sakitləşmək, atəşi dayandırmaq, atəşkəsi bərpa etmək və danışıqlar masası arxasına oturmaq lazımdır”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button