Mehman Hüseynovdan xəbər var
Hazırda həbsdə olan “Sancaq” səhifəsinin admini, blogger Mehman Hüseynov vəkili ilə görüşüb.
Bu haqda onun vəkili Elçin Sadıqov məlumat verib.
Xural.com musavat.com-a istinadən xəbər verir ki, E.Sadıqov Mehman Hüseynovun səhhətində olan problemlərin hələ də davam etdiyini bildirib:
“Bu gün Penitensiar Xidmətin 3 saylı istintaq təcridxanasında saxlanılan blogger Mehman Hüseynovla görüşdüm. Əhvalı yaxşıdır, səhhətindəki problemlər hələ qalmaqdadır. Hər kəsə salamı var, saxlanılma şəraitindən narazı deyil.