Mehriban Əliyevanı dəstəkləyən partiyalar seçki bloku yaradır

10.07.2013

ARP-nin sədri: “Hər bir partiya öz seçimində azaddır”

Bu gün mətbuatda Heydər Əliyev  Fondunun prezidenti, Milli Məclisin üzvü Mehriban xanım Əliyevanın prezidentliyə namizədliyini dəstəkləyən daha iki partiyanın adı açıqlanıb. Məlum olub ki, Demokratik Azərbaycan Dünyası Partiyasından ( DADP ) sonra Azad Respublikaçılar Partiyası (sədri Kamil Seyidov ) və Azərbaycan Mübarizlər Partiyası ( sədri Ağadur Müslümov) qarşıdan gələn prezident seçkilərində Mehriban Əliyevanı dəstəkləyəcəklər.

Qafqazregion.az saytı operativ olaraq adıçəkilən partiyalarla əlaqə saxlayıb. Azad Respublikaçılar Partiyasının sədri Kamil Seyidovun dediklərindən məlum olub ki, Mehriban xanımın namizədliyini dəstəkləyən partiyalar vahid seçki bloku yaradaraq birgə fəaliyyət gösərəmək barədə düşünürlər.

Söhbət zamanı Kamil Seyidov onu da bildirdi ki: “Hər bir partiya öz seçimində azaddır və bu seçimə görə onlara heç kim təzyiq edə bilməz”

ARP-nın sədri yaxın günlərdə geniş mətbuat konfransı keçirərək öz seçimlərinə aydınlıq gətirəcəyini də söylədi.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button