Mehriban Əliyevanın namizədliyini irəli sürənlərin həbs xəbərinə reaksiya verdilər

1373290232_942725.07.2013

“Biz hüquq-mühafizə orqanlarında işləmirik. Bu dövlətin öz işidir”. Bu sözləri AzadliqRadiosuna açıqlamasında  Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədr müavini Ramiz Orucov eyniadlı partiyanın digər qanadının rəhbəri Əlisahib Hüseynovun həbs, icraçı katibi Sevda Xurşudovanın isə Gürcüstana deportasiya xəbərinə münasibət bildirərkən deyib.  

O, sədr və müavinlərin həbs xəbərindən məlumatsız olduğunu qeyd edib. Daha sonra Ramiz Orucov sözügedən şəxslərin ölkənin birinci xanımı Mehriban Əliyevanın namizədliyini irəli sürməsinə münasibət bildirib:

“DADP-nin bir qanadının atdığı addım Azərbaycanda qarşıdurma yaradıb. Bunlar kimdənsə külli miqdarda pul alıb bu addımı atıblar. Hər bir partiyanın fikrinə hörmətlə yanaşırıq. DADP-nin qurultayı keçirilib və həmin qanad da qurultayda iştirak edib. Qanuna görə ya biz partiyamızın namizədini irəli sürməliyik, ya da kimisə dəstəkləməliyik. Biz də qərara gəldik ki, seçkilərdə İlham Əliyevin namizədliyini dəstəkləyək. Bu insanlar da orda iştirak edib. Onları nə vadar edib ki, belə bir addım atıblar?”

Xatırladaq ki, bu gün virtualaz.org saytında Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) Əlisahib Hüseynovun həbs olunduğu, icraçı katibi Sevda Xurşudovanın isə Gürcüstana deportasiya olunduğu barədə məlumat yazılıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button