Mer kobudlaşdı: “Dayanın da…” – VİDEO

HACIDünən axşam Binəqədi rayonunda yanan binanın qarşısına xeyli insan toplaşaraq yanğın zamanı həlak olan insanların xatirəsini anıblar. Azadxeber.az-ın məlumatına görə, hadisə yerinə Bakı meri Hacıbala Abutalıbov və Binəqədi rayonunun icra başçısı Xaləddin İskəndərov da gəliblər.

XuralTAC xəbər verir ki, qəzəbli sakinlərin suallarını cavablandırmağa çalışan mer bir neçə dəfə çaşıb, verilən suallara ünvanına görə cavab cerməyə çətinlik çəkib. Sakinlərdən biri bildirib ki, binanı üzləyərkən yerə tökülən qırıntılardan uşaqlar Novruz bayramında tonqal qalayıblar. “Tonqal “iskra” kimi yanırdı” deyən sakin dəfələrlə Binəqədi rayon icra hakimi Xaləddin İsgəndərovun qəbuluna düşmək istəsə də bunun qeyri mümkün olduğunu bildirib: “Mən indi bunu burada görürəm”- deyən qadın bu cür materialdan binaların üzlədilməsinə kimin cavabdeh olduğunu soruşub. Ətrafdakı insanlar da ona qoşulan zaman Hacıbala Abutalıbov açıq-aşkar əsəbləşib və kobud cavablar verməyə başlayıb.

 Həmin VİDEO-nu diqqətinizə çatdırırıq:

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button