Merkel Türkiyəyə marta kimi vaxt verdi

Merkel Türkiyəyə marta kimi vaxt verdi

Almaniya kansleri Angela Merkel Avropa Birliyi ilə Türkiyə arasında qaçqın böhranı mövzusunda əldə olunan razılığa martda qərar veriləcəyini açıqlayıb.

Merkel bu barədə fevralın 18-də Brüsseldə başlayan AB zirvəsində məlumat verib. Onun sözlərinə görə, qarşıdan gələn həftələrdə Türkiyə sahil təhlükəsizlik qrupları ilə AB Sərhəd Təhlükəsizlik Agentliyi arasındakı əməkdaşlıq gücləndiriləcək. Merkel AB ölkələri arasında qaçqın kvotaları mövzusunda “könüllülük prinsipi” çərçivəsində razılığa gəldiklərini qeyd edib. Xatırladaq ki, ötən ilin noyabrında miqrantların Türkiyədə qalması qarşılığında AB Ankara ilə 3 milyard dollarlıq yardım müqaviləsi imzalayıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button