Messi ərəb dünyasını qəzəbləndirdi

messiBu xəbər hətta küçə etirazlarına səbəb olub

Dünya futbolunun ulduzu Lionel Messinin ikinci oğlunun adını Benjamin (Binyamin) qoymaq istəməsi onun ərəb azarkeşlərini qəzəbləndirib, xural.com sports.ru-ya istinadən xəbər verir.
Onların sevimli futbolçularının oğlunun İsrailin baş naziri ilə eyni adı daşıyacağı xəbəri müsəlman ölkələrinin bir çox fanatları üçün yolverilməz görünüb. Əlcəzairdə bu xəbər hətta küçə yürüşlərinə səbəb olub, “Аlgemeiner” yazıb.
Bir həftə öncə “Barselona” hücumçusu İnstagram səhifəsində hamilə həyat yoldaşı Antonella Rokkutsonun şəklini paylaşaraq: “Biz səni gözləyirik körpəm. Biz səni sevirik” yazıb.
Messi həmçinin yoldaşı ilə uşağın adı barədə qərarlarını da bildirib və körpənin adının Bemjamin olacağını deyib, onun dostu “Mançester Siti”nin oyunçusu Serxio Aqueronun da oğlu bu adı daşıyır.
2012-ci ildə Messinin ailəsində dünyaya gələn birinci oğluna Tyaqo adını veriblər.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button