Metro istifadəçilərinə şad xəbər

metroBakı Metropoliteninin “28 May” stansiyasının əsas girişi açılaraq istifadəyə verilib.

Bu barədə metropolitenin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bizimyol.info-ya məlumat verib.
Qeyd edək ki, “28 May” metrostansiyası 2013-cü il iyul ayının 1-dən “2011-15-ci illərdə Bakı Metropoliteninin inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq aparılan tikinti işləri ilə əlaqədar təmirə bağlanmışdı.
Bundan əvvəl texniki problemlərlə əlaqədar girişin istismarının yubana biləcəyi vurğulanırdı. Sərnişinlər isə bu müddət ərzində “28 May” stansiyasının ikinci girişindən (Salatın Əsgərova küçəsi) və “Cəfər Cabbarlı” stansiyasının girişindən istifadə edirdilər.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button