“Metropark”da polis əməliyyatının səbəbi bilindi

Nərimanov rayonu ərazisindəki “Metropark” ticarət və əyləncə mərkəzində dünən baş verənlə bağlı rəsmi məlumat yayılıb. Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, iyunun 11-də saat 14.42 radələrində naməlum şəxs DİN-in 102 “Zəng Mərkəzi”nə mobil telefondan zəng edib bu mərkəzə bomba qoyulduğu haqda məlumat verib. Ticarə və əyləncə mərkəzinin boşaldılaraq bağlanması da bunla əlaqədar olub. Verilən xəbər əsasında müvafiq tədbirlər görülüb, lakin məlumat təsdiqini tapmayıb.

Nərimanov RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində polisə yalan məlumat verən şəxs müəyyən edilərək tutulub. Faktla əlaqədar Cinayət Məcəlləsinin 216-cı (Terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsi ilə cinayət işi başlanılıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button