Meydan TV ilə əməkdaşlıq edən xanım jurnalistlər saxlandı [video və fotolar]

3 xanım jurnalistin sentyabrın 20-i səhər saat 10-da dindiriləcəkləri haqqında məlumat var. Amma həllik dirdirmənin mahiyyəti haqqında hər hansı rəsmi açıqlama yoxdur.

***

Meydan TV ilə əməkdaşlıq edən xanım jurnalistlər DİN Hava Nəqliyyatında polis idarəsindən Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə aparılıb.

Hələlik jurnalistlrin saxlanma səbəbi barədə nə hüquq-mühafizə orqanları, nə də başqa hakimiyyət orqanlarından hər hansı rəsmi açıqlama yoxdur.

Amma Almaniyada mənzillənə bu internet portalla əməkdaşlıq edən jurnalistlər bundan əvvəl də tez-tez istintaqa çəkiliblər. Hər dəfə də prokurorluq orqanları onların MeydanTV-dəki fəaiyyətlərinə görə deyil Mingəçevirdə kütləvi etiraz aksiyasına görə açılmış cinayət işi üzrə dindirildilərni iddia edib.

***

Jurnalistlərin hazırda DİN Hava Nəqliyyatında polis idarəsində olduğu məlumat verilir.​

***

Meydan TV ilə əməkdaşlıq edən üç xanım jurnalist – Aytən Fərhadova, Sevinc Vaqifqızı və İzolda Ağayeva hava limanındakı sərhəd keçid məntəqəsinin əməkdaşları tərəfindən saxlanıb, barələrində akt tərtib edilib və DİN əməkdaşlarına təhvil verilib. Onlar sentyabrın 19-da Kiyevdən media təlimindən qayıdırmışlar. Bu barədə AzadlıqRadiosuna Meydan TV-nin sosial media meneceri Həbib Müntəzir məlumat verib.

Hazırda xanım jurnaistlərin hansı polis bölməsinə aparıldığı bəlli deyil.

Saxlanan xanım jurnalistlər: Soldan: Aytən Fərhadova, Sevinc Vaqifqızı, İzolda AğayevaSaxlanan xanım jurnalistlər: Soldan: Aytən Fərhadova, Sevinc Vaqifqızı, İzolda Ağayeva

Bundan bir neçə gün əvvəl də Meydan Tv ilə əməkdaşlıq edən Şirin Abbasov da yoxa çıxıb, daha sonra onun DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlandığı məlum olub. Sentyabrın 18-də Şirin Abbasov polisə müqavimətdə təqsirli bilinərək bir aylıq izibati həbs cəzası alıb.

Sentyabrın 16-da Meydan TV-nin iki xanım əməkdaşı da DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində dindiriblər. Onlardan Meydan TV-dəki fəaliyyətləri, TV-nin rəhbəri, eləcə də Mingəçevir hadisələri zamanı polis bölməsində ölmüş Bəhruz Hacıyevin morqdakı videosunu kimin və necə çəkməsi, müxbirlərin nə qədər maaş alması haqda soruşublar.

Baş Prokurorluğun mətbuat xidmətindən Eldar Sultanov AzadlıqRadiosuna demişdi ki, Meydan TV-yə qarşı hər hansı cinayət işi açılmayıb. Jurnalistlər isə Mingəçevir hadisələrinə görə dindirilirlər.​

45C4788E-BBB1-4562-9D60-7783137490EB_w640_s 076707FA-499D-421E-A323-2CF02E5A8063_w640_s

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button