MHP-nin millət vəkili namizədlərinə 2500 maşınlıq karvanla qarşılama (FOTOLAR)

İsa Yaşar Tezel21.04.2015

“Türk düşmənliyi aparan erməni diasporunu adamlarını niyə namizəd irəli sürürsünüz?”

 Türkiyədə keçiriləcək parlament seçkilərində Milliyətçi Hərəkat Partiyasından olan namizədlər İsa Yaşar Tezel və Səfər Qaraqoyunlu İqdıra səfər ediblər. Musavat.com xəbər verir ki, namizədləri İqdırın hava limanında 2500-ə yaxın maşınlıq karvan qarşılayıb. Qarşılama o qədər kütləvi olub ki, MHP-çi namizədlər hava limanından şəhər mərkəzinə 2 saata çata biliblər. 
 
MHP-nin yerli şöbəsinin qərargahının eyvanından İsa Yaşar Tezel və Səfər Qaraqoyunlu toplaşanlar qarşısında çıxış ediblər. MHP-çi namizədləri qarşılamağa Qarsın bələdiyyə başçısı Murtəza Qaraçanta da gedib.
İsa Yaşar Tezel çıxışında bildirib ki, Türkiyə üzərində oyunlar gedir. O, bəyan edib ki, erməni diasporu İqdırda deputat seçkilərinə müdaxilə etmək istəyir: “AKP, CHP və HDP-nın erməni namizədləri var. Türk düşmənliyi aparan erməni diasporunun adamlarını niyə namizəd irəli sürürsünüz? Hanı Azərbaycanla qardaşlıq, hanı iki dövlər bir millətlik? Xocalıda soyqırım törədən ermənilərə xidmət edənləri partiyalarınızdan namizəd edirsiniz. İqdırlılar erməni diasporunun oyununu pozacaq”.

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button