Millət vəkili Abid Şərifovun kobud danışmasına münasibət bildirdi: “Çətindi, çox çətindi”

Millət vəkili Etibar Hüseynov Baş nazirin müavini Abid Şərifov və Bakı meri Hacıbala Abutalıbovun jurnalistlərlə sərt danışmasına münasibət bildirib.

AZXEBER.COM xəbər verir ki, deputat bu haqda sosial şəbəkədə yazıb: “Gün ərzində Abid Şərifovun ve Hacıbala müəllimin jurnalisltlərə verdiyi müsahibələrə baxdım. Artıq əsəblər tab gətirmir. Bu açıq-aydın biruzə verilir. Bu qədər stress, gərginlik, yorğunluq.. Çətindir, çox çətin. Bu yaşda olan insanlar üçün isə məxsusən.
Jurnalist həmkarlarım, əziz dostlar… Onların sizinlə davranışlarına haqq qazandırmıram. Amma məncə onları da başa düşməli ve anlaqlı olmalıyıq”

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button