Millət vəkili Əvəz Zeynallı ilə görüşdü

M6jhnnXYi6Dv19.07.2013

Milli Məclisin deputatı məhbus jurnalistlə görüşüb. 

Görüş barədə “Qafqazinfo”ya məlumat verən hüquq müdafiəçisi, Ədliyyə Nazirliyi Yanında Həbsxanalara İctimai Nəzarət Komitəsinin sədri Çingiz Qənizadə bildirib ki, bu gün ictimai komitənin digər üzvləri ilə 10 saylı cəzaçəkmə müəssəsində monitorinq həyata keçiriblər: “Elə həmin vaxt Əvəz Zeynallı ilə də görüşdüm. Təxminən yarım saata qədər davam edən təkbətək söhbət zamanı Əvəz Zeynallı saxlanılma şəraitindən, müəssisənin əməkdaşlarından hər hansı bir şikayəti olmadığını bildirdi. Amma jurnalist ikimiz aramızda olan söhbəti mətbuata açıqlamağa ehtiyac olmadığını söylədi. Ona görə də bu barədə məlumat vermirəm”.
Qeyd edək ki, bir neçə gün öncə hazırda həbsdə olan, fəaliyyəti dayandırılmış “Xural” qəzetinin baş redaktoru Ə. Zeynallı millət vəkili Ç. Qənizadə ilə görüşmək istədiyini mətbuat vasitəsilə bildirmişdi və ailəsi hüquq müdafiəçisinə müraciət etmişdi.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button