Milli Məclisinin növbədənkənar xüsusi sessiyası çağırılacaq

Azərbaycan Milli Məclisinin yaz sessiyasından sonra növbədənkənar xüsusi sessiyası çağırılıb.

Parlamentdən verilən məlumata görə, bununla bağlı deputatların müraciəti əsasında qərar qəbul edilib. Növbədənkənar sessiya çərçivəsində bir sıra komitə iclasları ilə yanaşı, iki plenar iclas keçiriləcək. Plenar iclasların tarixi və gündəlikləri iyun ayında müəyyənləşəcək. Sessiyanın iyunda keçirilməsi nəzərdə tutulub. (APA)

 Qeyd edək ki, bu gün Milli Məclisin 2016-cı il yaz sessiyasının sonuncu plenar iclası keçiriləcək.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button