Milli Məclisin iclası təxirə salındı

milli məclisMilli Məclisin mayın 8-nə təyin olunan plenar iclası təxirə salınıb. Parlamentin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu bildirib ki, deputatların xeyli hissəsi xarici ölkələrdə ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə bağlı keçirilən tədbirlərdə iştirak edəcək. “Bir hissəsi isə 9 May Qələbə Günü ilə bağlı mərasimlərə qatılacaq. Bu səbəbdən də Milli Məclisin mayın 8-nə təyin olunan plenar iclasının mayın 15-də keçirillməsini məqsəduyğun hesab etdik” – deyə Akif Təvəkküloğlu bildirib. O, əlavə edib ki, iclasın gündəliyinə əlavələr edilməsi də gözlənilir. Qeyd edək ki, mayın 8-nə nəzərdə tutulan iclasının gündəliyinə 5 məsələ – “Reklam haqqında”, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında”, “Qiymətli kağızlar bazarı haqqında” qanunlara və Mülki Məcəlləyə dəyişiklik edilməsi, “Vətəndaşların müraciəti haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi daxil idi.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button