Milli Qurtuluş Partiyası “Xural” qəzetinə qarşı təzyiqləri pislədi

MQP Siyasi Şurası:”Cabbar Savalanlı təcili azadlığa buraxılmalıdır”

MQP Siyasi Şurasının növbəti toplantısı keçirilib. Toplantıda ölkədəki siyasi durum, son dövrlər hakimiyyətin korrupsiyaya qarşı mübarizə tədbirləri istiqamətindəki addımları, müstəqil mediaya və müxalif düşüncəli insanlara təzyiqlər və cari məsələlər müzakirə edilib. MQP Siyasi Şurası korrupsiyaya qarşı tədbirlərin xalqın içərisində olan narazılığının aradan qaldırılması məqsədilə həyata keçirildiyini, belə tədbirlərin yalnız aşağı ranqlı məmurları əhatə etməsindən təəssüfləndiyini bildirib. MQP Siyasi Şurası “Xural” qəzetinə məhkəmə qərarları vasitəsilə edilən təzyiqləri və AXCP üzvü Cabbar Savalanlının şərlənərək narkotiklə həbs olunmasını pisləyib, bu cür addımların demokratiya və insan hüquqları sarıdan beynəlxalq imici heç də ürəkaçan olmayan ölkəmizə əlavə problemlər yaradacağını hakimiyyətin nəzərinə çatdırıb. MQP Siyasi Şurası “Xural” qəzetinə qarşı hücumun dayandırılmasını və gənc fəal Cabbar Savalanlının təcili azadlığa buraxılmasını iqtidardan tələb edib.

“Xural” qəzeti
il: 9, sayı: 006(414), 13-19 fevral 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button