“Milli Şura” kütləvi aksiyalara start verə bilər

загруженное18.06.2013

Milli Şuranın təsisçiləri görüşdü

İyunun 18-də Demokratik Qüvvələrin Milli Şurasının qurucularından olan Müsavat başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli, EL hərəkatının lideri Eldar Namazov (Milli Şura Aparatının rəhbəri) görüş keçiriblər.

Müsavat Partiyasının mərkəzi qərargahında keçirilən görüşdən sonra İsa Qəmbər deyib: “Bu, işçi görüşlərdən biri idi. Milli Şuranın fəaliyyətini gücləndirmək zərurəti var. Biz də vaxtaşırı görüşüb Milli Şuranın vəzifələrini müzakirə edirik, qarşıdan gələn prezident seçkisi ilə bağlı fikir mübadiləsi aparırıq. Yəni bu, daimi işçi görüşlərdən biridir, fərqli bir görüş deyil”.

İyunun 7-də təsis olunan Milli Şuranın ilk sessiyası iyunun 21-də keçiriləcək.

“Milli Şura” kütləvi aksiyalara start verə bilər

Azərbaycanda keçiriləcək növbəti prezident seçkilərinə 4 aydan az vaxt qalsa da nədənsə cəmiyyətdə siyasi aktivlik müşahidə olunmur. Belə ki, ölkə müxalifəti əvvəlki seçki dövrlərindən fərqli olaraq bu seçki ilində kütləvi etiraz aksiyaları keçirmək məsələsində qərarlı görünmür.

Maraqlıdır, görəsən ölkə müxalifəti yaxın zamanlarda kütləvi etiraz aksiyalarına müraciət edəcəkmi?

 Moderator.az olaraq məsələylə bağlı AXCP və Müsavat funksionerlərinin mövqeyini öyrənmək qərarına gəldik.

Müsavat başqanının müavini Gülağa Aslanlı əməkdaşımızla söhbətində bu məsələnin yaxın günlərdə müzakirəyə çıxarılacağını bildirib: “İyunun 21-də Milli Şuranın toplantısının keçirilməsi planlaşdırılır və həmin iclasda mitinqlərlə bağlı məsələ müzakirə olunacaq. Müzakirələr zamanı nəzərdə tutulan etiraz aksiyalarının icazəli və ya icazəsiz keçirilməsiylə bağlı məsələ də qərarlaşdırılacaq”.

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı da hər şeyin Milli Şuranın toplantısından sonra bəlli olacağını söylədi: “Hər şey Milli Şuranın keçirəcəyi toplantılardan sonra məlum olacaq. Növbəti iclaslarda mitinqlərin keçirilməsi ilə bağlı müzakirələr planlaşdırılır. Məhz bu müzakirələrdən sonra kütləvi etirazların yeri və vaxtı barədə ictimaiyyətə məlumat veriləcək.”

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button