Milli Şura seçkilərin nəticələrini tanımayacağını bəyan etdi – BƏYANAT

milli sura.jpg

“Milli Şura 1 noyabr parlament seçkilərinin nəticələrini tanımayacaq, çünki bu seçkilər əhalinin iradəsini ifadə etmir”.

xural.com bildirir ki, bu barədə qurumun yaydığı bəyanatda açıqlanıb.

Bəyanat müəllifləri hesab edirlər ki, parlament seçkiləri kimi mühüm siyasi kampaniya ölkə gündəminə daxil ola bilmir. Buna səbəb isə seçki şəraitinin olmaması, seçki təbliğatının hiss edilməməsi, azad rəqabət imkanlarının aradan qaldırılması, məhdud zaman daxilində belə namizədlərin ənənəvi televiziya debatlarının ictimai müzakirədən çıxarılması parlament seçkilərinə olan marağın sıfıra enməsidir. (Turan)

Milli Şura hesab edir ki, teledebatlardan imtina 2018-ci il prezident seçkilərinə presedent yaratmaq cəhdidir. Milli Şura həmçinin son illərdə siyasi partiya təmsilçiləri, ictimai hərəkat fəalları, insan haqları müdafiəçiləri, araşdırmaçı jurnalistlərin kütləvi həbslərinə toxunaraq bu həbslərin vətəndaş cəmiyyətinin deyil, ilk növbədə seçki ideyasının çökdürülməsinə hesablandığını bildirib.

Bəyanatda ATƏT-in İnsan Haqları və Demokratik Təsisatlar Bürosunun 1 noyabr seçkilərinə gəlişinə icazə verilmədiyi xatırladılıb.

Sənəddə 1200 namizəddən 500-ə qədərinin öz namizədliyini geri çəkmək məcburiyyətində qaldığı qeyd olunub. “Bu, son 20 ilin parlament seçkiləri təcrübəsində ən aşağı göstəricidir. Milli Şuranın boykot qərarının doğruluğu öz təsdiqini tapdı”, – deyə sənəddə bildirilib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button