Milli Şuranın 5 nəfərlik heyəti Vaşinqtona dəvət edildi

4787002.06.2013

Yaxın günlərdə Milli Şuranın nümayəndə heyəti ABŞ-a yolda düşür. Bu haqda xəbəri “Yeni Müsavat”  informasiyalı qaynaqlardan əldə edib.

5 nəfərlik nümayəndə heyətinə Milli Şuranın sədri və ölkə müxalifətinin 2013-cü il prezident seçkilərində vahid namizədi Rüstəm İbrahimbəyov başçılıq edəcək. AXCP, Müsavat, El hərəkatı heyətdə bir nəfərlə təmsil olunacaq. 5-ci şəxs isə Milli Şuranın beynəlxalq əlaqələr komitəsinin rəhbəridir.

Artıq Milli Şura sədrinə və nümayəndə heyətinin üzvlərinə səfərlər bağlı detallı bilgi verilib. 5 gün davam edəcək səfərin proqramına ABŞ prezidentinin Güney Qafqaz Məsələləri üzrə köməkçisi ilə görüş, ABŞ Konqresində, Dövlət Departamentində və Pentaqonda dinləmələr və müzakirələr daxildir. Vaşinqtondan göndərilən sənəddə Milli Şura üzvlərinin gələcək əməkdaşlıq, strateji tərəfdaşlıq məsələlərinin, eləcə də Azərbaycanda mövcud siyasi durum, seçki mühiti, söz, media, sərbəst toplaşmaq azadlıqlarının, ümumilikdə insan haqlarının durumu ilə bağlı müzakirələrə dəvət edildiyi bildirilir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button