Milli Şuranın “Xilas olaq!” mitinqi baş tutdu – FOTO+VİDEO

Milli Şura mayın 30-da Bakının Yasamal rayonundakı “Məhsul” stadionunda “Xilas olaq!” şüarı altında mitinq keçirib. Aksiya saat 15.00-dan 17.00-dək davam edib

Aksiya öncəsi təşkilatçılar tərəfindən təxribat kimi qiymətləndirilən bəzi olaylar baş verib. Belə ki, Milli Şuranın öncəki aksiyalarında tribunanın önündə asılan “Talana Son” plakatı polis tərəfindən cırılıb. Ona görə budəfəki aksiyada tribunanın önündən “Siyasi Məhbuslara Azadlıq” plakatı asılıb.

xural.com azadliqinfo.az-a istinadən xəbər verir ki, aksiya təşkilatçılarının meydana daxil olarkən tribunanın önündə içi qumla doldurulmuş xeyli sayda plastik butulkalar aşkar ediblər. Təşkilatçılar həmin butulkaları təmizləyiblər. Onların hansı məqsədlə tribunanın önünə atıldığı bilinmir.

Mitinqin aparıcısı AXCP sədrinin müavini Əbülfəz Qurbanlı aksiya iştirakçılarını salamlayaraq, onlara “Xilas olaq!” şüarına dəstək verdiklərinə görə təşəkkür edib.

Mitinq Komitəsinin sədri Fuad Qəhrəmanlının sözlərinə görə, polislər prezidentin adı olan şüarları meydana buraxmayıblar. Təşkilatçılar bunları qanunsuz addımlar adlandırıblar.

Mitinq dövlət himninin səslənməsi ilə açıq elan edilib. Daha sonra aksiya iştirakçıları mayın 19-da Binəqədidəki faciədə və əsgərlikdə müəmmalı şəkildə  dünyasını dəyişənlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Mitinqdən sonra AXCP sədri Ili Kərimli özünün FB səhifəsində mitinq iştirakçılarına təşəkkürünü bildirib: “Şənbə günü olmasına, havanın istiliyinə, yaradılan digər maneələrə baxmayaraq, mitinqimiz baş tutdu. Minlərlə insan talana və yalana son tələb etdi. Hər kəsə təşəkkürlər!”

Bakı Şəhər Baş Polis İdarəsinin məlumatına görə, “həmin quruma daxil olan ayrı-ayrı partiyaların və bir sıra müxalifətyönümlü qeyri-hökumət təşkilatlarının ümumi sayı 400 (dörd yüz) nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib. İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması hallarına yol verilməyib.”

xural.com


mitinq 2 mitinq 3 mitinq 4 mitinq 5 mitinq 6 mitinq 7 mitinq 9 mitinq 11 mitinq 12 mitinq 14 mitinq mitinq11 mitinq15 mitinq16 mitinq22 mitinq33 mitinq55 mitinq123 mitinq156 mitinq345 mitinq552

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button