Milli Təşəbbüs Qrupu 31 mart Soyqırımı ilə bağlı tədbir keçirib

Beynəlxalq Mətbuat Mərkəzində “31 mart erməni soyqırımı: Bitməyən erməni vəhşiliyi” mövzusunda dəyirmi masa keçirilib. Bizimyol.info saytının xəbərinə görə, tədbirin aparıcısı, “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı bildirib ki, Milli Təşəbbüs Qrupu və Dünya Azərbaycanlıları Konqresinin birgə təşkil etdiyi tədbirdə Azərbaycanın ən önəmli tarixi və faciəsi olan soyqırım hadisələri müzakirəyə çıxarılır. Vətən yolunda şəhid olan sodaşlarımızın xatisəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra Azərbaycanın dövlət himni oxunub.
İlk çıxış edən DAK-ın həmsədri Sabir Rüstəmxanlı bildirib ki, tədbirə toplananların sayının çoxluğu, xüsusən də gənclərin maraq göstərməsi milli problemlərə olan diqqətin göstəricisidir.. “Bayaq jurnalistlərdən biri zəng etmişdi ki, nəyə görə tariximizdə faciələr daha çoxdur, zəfər günləri isə yoxdur. Bildirdim ki, Azərbaycan tarixində hələlik iki zəfər günü var. Bunlardan biri Respublika Günü kimi qeyd etdiyimiz 28 may tarixidir. Həmin gün biz zəfər çalaraq, Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətini qurmuşuq. Digər zəfər günü isə 15 Sentyabr Bakının işğaldan azad olunmasıdır. Hənin gün həm də 31 mart soyqırımının qisas günü idi. Ən böyük zəgər günümüz isə Qarabağ işğaldan azad ediləndə və Azərbaycanın quzeyi və güneyi birləşən zaman olacaq” – deyən S.Rüstəmxanlı vurğulayıb ki, soyqırım hadisəsinin milətin yaddaşında tarixı çevrilməsi mühüm hadisədir və millət öz tarixinə, faciəsinə sahib çıxmalıdır.
Türkçü alim Firudin Cəlilov bildirib ki, xalqın əsas problemimiz bəlaların kökünün bilməməkdən irəli gəlir. “Biz bu tip fəaliyyətimizi səhv istiqamətdə qururuq. Bu gün dava aparırlar ki, dolma bizimdir, yoxsa ermənilərn? Yaxud da “Sarı gəlin” Azərbaycan musiqisidir, yoxsa erməni? Ona görə də əsas problemimizin mahiyyətinə vara bilmirik. O adamları biz qəhrəman kimi sırıyıbblar ki, onlar bizim qanımızı içiblər, kökümüzü kəsməyə çalışıblar. Bu tip problemlərin həll edilməsi üçün üç yol var.
Birinci yol alimlərimizdən keçir. Yəni araşdırmalarla, faktlarla  tarix ortaya qoyulmalıydı. Amma təəssüf ki, bu məslədə biz uduzmuşuq. Çünki ermənilər bu məsələyə 100 il əvvəl hazırlaşıblar. Dağlıq Qarabağ məsələsində onlar ortaya çox sayda “Qarabağ” kitabı çıxardılar, bizdə isə heç nə yox idi.
İkinci yol intellektual yoldur. Yəni siyasətçilər, diplomatlar lobbiçilik yolu ilə həqiqətləri dünya ictimaiyyətinə çatrıdmalı idilər. Ancaq bu məsələdə də ermənilər bizdən qabaqdadırlar. Biz hələ də normal lobbiçilk edə bilmədiyimiz halda, ermənilər lobbi yolu ilə öz yalanlarını dünyaya həqiqət kimi təqdim edirlər.
Ümüncü yol problemi əsgərə verməkdir. Amma təəssüf ki, bu məsələdə də uğurumuz olmadıl. Çünki Qarabağ məsələsində bizim hələ ordumuz yox idi. Sıfırdan ordu quruldu, axırı isə necə oldu, hamımız gördük” – deyə F.Cəlilov bildirib.
Çıxış edən alimlər, ictimai xadimlər də yoyqırım tarixi ilə bağlı fikirlərini bölüşüblər. Tədbirin sonunda Milli Təşəbbüs Qrupunun bəyanatı səsləndirilib. Bəyanatda həm soyqırımın anlayışı, həm 1918-ci ilin 31 mart tarixində, həm də 1992-ci ildə Xocalıda baş vermiş soyqırımlar barədə məlumat verilib.
“Milli Təşəbbüs Qrupu olaraq, soyqırım cinayətlərini xatırlayaraq və bu duyğular içərisində hakimiyyəti Dağlıq Qarabağ probleminin həllində diqqətli olmağa, keçmiçin acı təcrübələrindən nəticə çıxarmağa çağırırıq. Faktiki hərb vəziyyətində olan Ermənistan-Azərbaycan tərəfləri beynəlmiləlləşmiş Qarabağ konfliktinin həllini Azərbaycanın suverenliyi və və ərazi bütövlüyü çərçivəsində çözməlidirlər. Təmas xəttindəki status-kvo, bölgədə Rusiya və digər ölkələrin maraqları, beynəlxalq reallıqlar, həmsədr ölkələrin rəsmi yanaşması problemin açılmasında milli maraqların qorunması üşün əlverişli deyil. Bu səbəbdən hakimiyyətin açıq himayəsi altında həyata keçirilən “erməni qayıdışı”, “sülh platdorması”, “xalqların barışdırılması” kimi utopik və müəmmalı təşəbbüslər sonradan düzəlməsi qeyri-mümkün nəticələr doğura bilər. Hesab edirik ki, müəllifi anonim olan belə layihələr milli maraqlarımıza cavab vermir” – bəyanatda qeyd edilir.
Qeyd edək ki, erməni daşnaklarının bolşeviklərlə birgə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımından 99 il ötür. 1918-ci il martın 30-u gecə saatlarında Bakıda başlanan kütləvi qırğınlar 20 minə yaxın günahsız insanın, o cümlədən çoxlu sayda qoca, qadın və uşağın qətli ilə nəticələnib.
Martın 30-dan aprelin 2-dək davam edən kütləvi qırğınlarda Stepan Şaumyanın rəhbərlik etdiyi erməni bolşevik dəstələri Bakıda minlərlə insanı qətlə yetirib, müsəlman ziyarətgahlarını yandırıb, Bakı əhalisinin 400 milyon manatlıq əmlakını müsadirə edib. Kütləvi qırğınlar zamanı şəhərin ən möhtəşəm məscidi sayılan Təzəpir məscidi aramsız top atəşinə tutulub, ermənilər Bakının ən möhtəşəm memarlıq incilərindən olan “İsmailiyyə” binasını yandırıblar.
Azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı siyasəti təkcə Bakı şəhəri ilə məhdudlaşmayıb. Martın 31-də erməni daşnakları Şamaxı qəzasının 53 kəndində 8027 azərbaycanlını, o cümlədən 2560 qadın və 1277 uşağı qətlə yetiriblər. Qubanın 162 kəndində öldürülən günahsız azərbaycanlıların sayı isə 16 mindən artıq olub. Erməni daşnakları Lənkəran, Muğan bölgəsi və Dağlıq Qarabağda minlərlə kəndi yandırıb, on minlərlə insanı vəhşicəsinə qətlə yetiriblər. 1918-ci il iyulun 15-də Azərbaycan Demokratik Respublikasının yaratdığı Fövqəladə Təhqiqat Komissiyası bu qırğınlarla bağlı çoxsaylı sənədləri toplayaraq hökumətə təqdim edib, 1919-cu ildə Azərbaycan parlamenti 31 Mart tarixinin Azərbaycanlıların Soyqırımı günü kimi qeyd olunması barədə qərar qəbul edib. Sovet hakimiyyəti illərində bu tarix yaddaşlardan silinsə də, müstəqillik dövründə tarixi sənədlər əsasında 31 mart 1918-ci ildə Azərbaycan xalqının başına gətirilən faciəvi hadisələrlə bağlı çoxsaylı araşdırmalar aparılıb, kitablar dərc olunub.
1998-ci il martın 26-da prezident Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” fərman imzalayıb. Həmin gündən 31 Mart tarixi Azərbaycanlıların Soyqırımı günü kimi qeyd olunur.
Rəşad VAQİFOĞLU

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button