Milli Təşəbbüs Qrupu növbəti toplantısını keçirib

Xural.com xəbər verir ki, dünən Milli Təşəbbüs Qrupunun toplantısı keçirilib. Uzun müddət fasilədən sonra toplanan qurum üzvləri indiyə qədər toplana bilməməyin obyektiv və subyektiv səbəblərini müzakirə ediblər və bəzi önəmli qərarlar alıblar. İndən sonra MTQ ayda iki dəfə olmaqla (zəruri hallarda toplantıların sayı iş həcminə görə artırıla bilər) toplanacaq. Qurumun nisbi sərbəstliyi və tədbirlərini davam etdirməsi üçün üzvlər və tərəfdarlar öz aralarında ianə toplayacaqlar. Qurumun koordinatorluğu Əvəz Zeynallıya həvalə edilib.


Bundan başqa, MTQ üzvləri illik plan üzərində fikir mübadiləsi aparıblar. Qərara alınıb ki, oktyabrın 14-də keçiriləcək növbəti toplantıya hər kəs konkret təkliflər paketi ilə gəlsin. İlkin müzakirələr zamanı qarşıdan gələn Azərbaycan Demokratik Cümhuriyyətinin 100 illiyi münasibətilə silsilə tədbirlər keçirmək, pulsuz təhsilin zəruriliyi, səhiyyə sisteminin yarıtmazlığı, siyasi məhbuslar və insan hüquqları mövzularını prioritet mövzular kimi diqqətdə saxlamaq qərarlaşdırılıb. MTQ sıralarına üzvlüyün və iştirakçılığın bəzi məqamları da müzakirə olunub. Qərara alınıb ki, “açıq qapı” prinsipi qəbul edilsin və ən müxtəlif təbəqələr arasında ardıcıl iş aparılsın. 2 saatdan çox davam edən toplantı ciddi müzakirələr və qarşılıqlı səmərəli diskussiyalar şəklində keçib. Tez-tez dəyirmi masaların təşkil olunması və bu toplantıların canlı yayınla yayımlanması qərara alınıb.
Növbəti toplantı 14 oktyabr 2017-ci ildə, saat 19.00-da keçiriləcək.

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button