Mingəçevir teatrında yeni tamaşa var…

ffMingəçevir teatrı yeni tamasa ilə tamaşaçıları sevindirir 

Teatrda  yazıçı Əli Səmədlinin “Cəsurlar” nağıl- pyesi əsasında hazırlanan “Güc və Ağıl” tamaşasının ictimai baxışı keçirilib. 

Baxış tamaşasında teatrın Bədii Şurası, yaradıcı heyəti ilə yanaşı, ilk dəfə Mingəçevir şəhərinin əksər məktəblərinin müəllim və şagirdləri də iştirak ediblər. Maraqla qarşılanan tamaşanın müzakirəsində müəllimlər və şagirdlər yüksək fəallıq göstərərək, əsərin movzu və ideyasının bu günlə uyğunlaşması, vətənpərvərliyin, cəsurluğun, düşmənə qarşı mübarizənin ön plana gətirilməsi qeyd edilib.

Tamaşada hadisələrin nağıl kontekstindən çıxarılaraq, bu gün xalqımızın apardığı Qarabağ müharibəsi mövzusu ilə əlaqələndirilməsi   balaca teatrsevərlərdə böyük maraq doğuraraq vətənpərvərlik hissi aşılaya bilib.

Azərbaycanın Xalq artisti Zülfüqar Abbasovun quruluş verdiyi bu tamaşada E.İbrahimova, A.Məmmədov kimi istedadlı aktyorlarla yanaşı teatrın gənc aktyor heyətindən də  rol alanlar  var.

Müzakirələr zamanı  tamaşaçılar rəssam işinin, musiqi tərtibatının yüksək səviyyədə olduğunu xüsusi vurğulayıblar.

Yaxın günlərdə “Ağil və güc” tamaşası balaca tamaşaçılara təqdim olunacaq.

Müəllim və məktəblilər yeni hazırlanmış tamaşanın  ilk dəfə olaraq, onların iştirakı ilə müzakirə edilməsini razılıqla qarşılayıblar.

Muzakirələr zamanı çıxış edən teatrın direktoru Səxavət Məmmədov yeni hazırlanan uşaq tamaşalarında  belə muzakirələrin teatrda bir ənənə halını alacağını deyib.

Teatrın direktoru Səxavət Məmmədov
Teatrın direktoru Səxavət Məmmədov

f ff

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button