Mirşahin: “Hansısa İlkin Həsəni…”

Mirşahin: "İlkin Həsəni..." — ÖZƏL

Ləman Ələşrəfqızı: “Şəmiyə-şöşüyə baş qoşmaq niyyətim yox”

ANS Şirkətlər Qrupunun vitse prezidenti Mirşahin Ağayev ATV-nin aparıcısı İlkin Həsəninin səsləndirdiyi fikirlərə cavab verib.

M.Ağayev Ölkə.az-ın əməkdaşıyla söhbətində məsələyə münasibət bildirmək istəmədiyini söyləsə də, teleapaarıcı barədə bəzi ifadələr səsləndirib:

“Gəlin belə danışaq da. Siz ANS-in vitse-prezidentinə, baş direktora zəng vurub, hansısa İlkin Həsəniylə bağlı söz soruşursunuz. Mən belə müraciətləri qəbul etmirəm”.

Əməkdaşımızın “Telekanalınızın əməkdaşları rəhbərliyin icazəsi olmadan danışmırlar” xatırlatmasından sonra M.Ağayev bunları deyib:

“Başa düşdüm, başa düşdüm… Hesab etmirəm ki, İlkin Həsənli Mirşahinin cavab verəcəyi pilləkəndir, yaxud pilləkənin bir bölməsidir. Bu, tamamilə başqa şeydir, nə lazımdırsa, müəllifdən soruşun”.

Qeyd edək ki, İlkin Həsəni ANS-in əməkdaşı Ləman Ələşrəfqızının Mətanət Əliverdiyeva haqda hazırladığı süjetə sosial şəbəkədə belə cavab vermişdi:

“14 ildir TV-də işləyirəm, bu 14 ildə çox şey gördüm, amma bir telekanalın digərinə qarşı etdiyi belə bir ŞƏRƏFSİZLİYİ görmədim! Bəs hanı sizin jurnalist həmrəyliyiniz, hanı dəqiqliyiniz, qərəzsizliyiniz? Başa düşürəm TV adlandırdığınız o konslagerinizdə bəzi işçilərinizin qədrini bilmədiz, onlar ATV-yə gəldi, hörmət, azadlıq ve yüksək maaş gördü, amma belə etməməli idiz! Bu gün siz, rəsmən ATV kanalına efir müharibəsi elan etdiz! OK, olsun!”

Ləman Ələşrəfqızı da İlkin Həsəninin sosial şəbəkədə yazdığı statusu cavabsız qoymayıb:

“Səhər-səhər qanımı qaraltmaq istəmirəm. Şəmiyə-şöşüyə baş qoşmaq niyyətim yox. Getsin bozbaşını bişirsin! Mən sözümü dedim. Əks-hücum da başa düşüləndir. İşinizdə olun!”

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button