Misir hökuməti fransalı jurnalisti ölkədən sürgün etdi

Fransanın “La Krua” katolik jurnalının və RTL radiostansiyasının müxbiri Misirdən sürgün edilib.

“Əl-Youm əs-Sabia” xəbər portalı Fransa Xarici İşlər Nazirliyinə istinadla xəbər verir ki, jurnalist Remi Piqalio Qahirə aeroportunda saxlanılıb və səbəbi izah edilmədən ölkədən deportasiya olunub.

İki il Misirdə işləyən fransalı müxbir Fransada məzuniyyətdən sonra bu həftənin bazar ertəsi günü Misirə qayıdıb və Qahirə aeroportuna çatan kimi orada saxlanılıb. Çərşənbə axşamı o, Misirdən sürgün edilib.

Portal Fransa XİN-in rəsmi nümayəndəsi Roman Nadalın bəyanatına istinadla bildirir ki, Nadal Misirin hakimiyyət orqanlarının bu qərarından təəssüflənib. O deyib: “Fransa Misirin hakimiyyət orqanlarının bu qərarına görə dərindən təəssüflənir. Fransa bütün dünyada söz və mətbuat azadlığını müdafiə edən ölkədir”.

Rəsmi nümayəndə onu da əlavə edib ki, Fransa XİN rəhbəri Jan-Mark Eyro bu məsələni çərşənbə axşamı misirli həmkarı Sameh Şükri ilə müzakirə edib. Onun sözlərinə görə, Fransanın Qahirədəki səfiri Misirin hakimiyyət orqanlarına bir neçə dəfə nota təqdim edib ki, Misir Fransız jurnalist barəsində öz qərarını yenidən nəzərdən keçirsin(azərtac).

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button