Misir prezidenti Hüsnü Mübarək istefa verib

Hüsnü Mübarək də, onun komandasına daxil olub Misir xalqının hər qəpiyinə tamah salan üzvləri də cəzalandırılacaq…

Bu barədə vitse-prezident Ömər Süleyman bildirib. Ömər Süleyman Hüsnü Mübarəkin hakimiyyəti orduya təhvil verdiyini açıqlayıb.
Bu xəbər Qahirənin Təhrir meydanına toplaşan müxalifətçilər tərəfindən böyük sevinclə qarşılanıb. Müxalifətin lideri Məhəmməd əl-Baradey Misirin azadlığa qovuşduğunu bildirib.

Hüsnü Mübarəkin istefa verməsi barədə xəbər bütün ölkə boyu coşqu ilə qarşılanıb.

Xatırladaq ki, Misir xalqının 620 milyard dollarını oğurlayan Mübarəkin Dubaya qaçdığı bildirilir. Müsəlman Qardaşları Təşkilatının rəhbərliyinə daxil olan şəxslərin verdiyi məlumatlara görə, Misir xalqının bir qəpiyinə belə tamah salan adam cəzalandıracaq.

“Xural” qəzeti
il: 9, sayı: 006(414), 13-19 fevral 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button