Mixail Saakaşvili: Bu gün Azərbaycan güclü ölkədir

Михаил Саакашвили29.04.2015

“Avropa bizim ölkələrə kömək etməlidir”.

“Hər dəfə Azərbaycana gələndə mən burada proqres və inkişaf görürəm. Mən sovet dövründə də Azərbaycanda olmuşam. Sovet və müstəqil, inkişaf etmiş Azərbaycanı müqayisə etmək mümkün deyil”.

haqqin.az xəbər verir ki, bu barədə Bakıda keçirilən III Qlobal Açıq Cəmiyyətlər Formunun açılışında Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili deyib.

“Təsəvvür edirsiniz, sovet dövründə Azərbaycan qaz idxal edirdi, ölkə qaranlıq içində idi. Bu gün Azərbaycan güclü və inkişaf etmiş ölkədir. Biz Azərbaycanı müstəqillik əldə edəndən sonra böyük uğurlar qazanmış ölkə kimi bütün dünyaya nümunə göstərə bilərik”, – Saakaşvili deyib.

Onun sözlərinə görə, Avropa “Şərq tərəfdaşlığı” layihəsinə Rusiyanın Gürcüstana təcavüzündən sonra başlayıb.

“Avropa bizim ölkələrə kömək etməlidir. Bunun əvəzində isə biz görürük ki, Avropada bəziləri Rusiyanın siyasətinə haqq qazandırmaq istəyirlər. Bu, kökündən yanlış yanaşmadır. Avropa gənc demokratiyaların yanında olmalıdır”, – o deyib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button