Mobil telefonların idxalı iki dəfə artıb

Xural.com Turan-a istinadən xəbər verir ki, bu ilin doqquz ayında Azərbaycana 532,1 min ədəd mobil telefon və smartfon idxal edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə idxal göstəricisini 2 dəfə üstələyir. Bu, əhalinin həyat səviyyəsinin yaxşılaşmasının göstəricisi deyil, idxal əməliyyatlarının leqallaşmasıdır.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, mobil telefonlar əsasən Çindən alınır: üç rübdə bu ölkədən Azərbaycana ümumi məbləği $24 млн. 161,7 min olan 333,8 min ədəd mobil rabitə vasitəsi gətirilib. Sonra Vyetnam gəlir. Smartfon istehsalçılarının rəsmi nümayəndələri tərəfindən Vyetnamdan ümumi məbləği $21 mln. 378,9 min olan 191,1 min ədəd simsiz cihaz gətirilib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button