Möhsün Səmədovun məhkəməsi təxirə salındı

Xural.com azadlıq.info-ya istinadən xəbər verir ki, Ali Məhkəmədə İslam Partiyasının sədri Möhsün Səmədovun qapalı həbsxanaya köçürülməsi qərarından verilmiş kassasiya şikayətinə baxılıb.

Kassasiya şikayətini verən vəkil Yalçın Imanovun fəaliyyətinin dayandırılması üzündən hakimlər prosesi 6 dekabra kimi təxirə salıb. Məhkumun yaxınlarına tezliklə yeni vəkil tutmaq tövsiyyə olunub.

Möhsün Səmədov məhkəmədə iştirak etmək üçün ərizə yazsa da onun iştirakı təmin olunmayıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button