Azərbaycanlıların soyqırım tədbiri keçirildi: FOTO&VİDEO

31 mart 2017-ci ildə BMM-də Milli Təşəbbüs Qrupunun və Dünya Azərbaycanlıları Konqresinin “31 mart soyqırımı: Bitməyən erməni vəhşiliyi” mövzusunda möhtəşəm tədbiri keçirilib

 

31 mart soyqırımının növbəti anım ilində Milli Təşəbbüs Qrupu və Dünya Azərbaycanlıları Konqresinin birlikdə təşkil etdikləri tədbir BMM-də, ayın 31-də keçirildi. Tədbiri giriş sözü ilə açan “Xural” qəzetinin baş redaktoru, Milli Təşəbbüs Qrupunun üzvü Əvəz Zeynallı bütün Azərbaycan Şəhidlərinin ruhunu 1 dəqiqəlik sükutla yad etməyi təklif etdi. Şəhidlərin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsinin ardından salona toplananlar uca səslə Azərbaycanın Milli Marşını – Himnimizi oxudular. Ardınca aparıcı 1918-ci ildə baş verən erməni soyqırımının mahiyətindən, Azərbaycan türklərinin və azərbaycanlıların çoxəsrlik soyqırım tarixindən danışdı. Əvəz Zeynallı Milli Təşəbbüs Qrupu və Dünya Azərbaycanlıları Konqresinin təşkil etdiyi tədbirin həm də gündəlik gündəm məsələlərini müzakirə edəcəyini dedi. Onun düşüncələrinə görə, son günlər Azərbaycanda qəribə hadisələr baş verir. Bu hadisələrdən ortaya narahatçılıq doğuran məsələlər çıxır. Ölkədə etnik qarşıdurmanı artıran addımlar atılır. Ermənilərin Azərbaycana gəlməsi təşkil edilir, hansısa barışıq sazişləri haqqında söhbətlər gedir, Azərbaycan türkləri hədəf alınır və s. Bu hadisələrin qarşısının alınması gərəkliliyindən bəhs edən Əvəz Zeynallı onu da qeyd etdi ki, prosesi nəzarətdə saxlamaq üçün ölkənin bütün qüvvələrinin birləşməsi vacibdir.

Giriş sözündən sonra söz Dünya Azərbaycanlıları Konqresinin və Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Milli Təşəbbüs Qrupunun üzvü Sabir Rüstəmxanlıya verildi. Sabir bəy günün mahiyyəti və gündəmdə olan məsələlərlə bağlı geniş məruzə elədi. Tədbirdə geniş ictimaiyyətin çoxsaylı nümayəndələri, gənclər, jurnalistlər, müxtəlif elm xadimləri, tarixçilər iştirak edirdilər. Sabir Rüstəmxanlıdan sonra söz sabiq təhsil naziri Firudin Cəlilova verildi. Tədbirdə Elmlər Akademiyasından Əkrəm Rəhimli, Səməd Bayramzadə, Həsən Səfəri, keçmiş müdafiə naziri, Milli Təşəbbüs Qrupunun üzvü Rahim Qazıyev, Milli Dövlətçilik Partiyasının sədri, Milli Təşəbbüs Qrupunun üzvü Nemət Pənahlı, Vətəndaş və İnkişaf Partiyasının sədri, Milli Təşəbbüs Qrupunun üzvü Əli Əliyev, Ağ Partiyanın sədri, Milli Təşəbbüs Qrupunun üzvü Tural Abbaslı, Qərbi Azərbaycana Qayıdış İctimai Birliyinin sədri, Milli Təşəbbüs Qrupunun üzvü Rizvan Talıbov, “Canımız Azərbaycan” Partiyasının sədri Ramiz Tağıyev, tarixçi yazar, Milli Təşəbbüs Qrupunun üzvü Bəxtiyar Tuncay, tarixçi ictimai xadim Əli Şamilov, tarixçi-araşdırmaçı Yasəmən Qaraqoyunlu, Şuşa könüllüləri ictimai birliyindən Ümidvar Qaçayoğlu, tanınmış jurnalist-yazar Azər Həsrət, ictimai xadim Aydın Uluxanlı və başqaları çıxış edib günün mahiyyətindən və önəmindən danışıblar.

Martın 31-də keçirilən “31 mart soyqırımı: Bitməyən erməni vəhşiliyi” mövzulu tədbiri xural.com foto və video lentə alıb. Tədbirdən hazırlanan 2 hissəli videoçəkilişi və yaddaşa köçən fotoları Oxucularımıza təqdim edirik:

 

31 mart soyqırımı: Bitməyən erməni vəhşiliyi” mövzulu tədbirin I hissəsi:

 

31 mart soyqırımı: Bitməyən erməni vəhşiliyi” mövzulu tədbirin II hissəsi:

 

 

31 mart soyqırımı: Bitməyən erməni vəhşiliyi” mövzulu tədbir fotolarda:

  

 

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button