“Mona Liza”nın emblemində Abel Məhərrəmov “izi”-FOTO

Bakının Nərimanov rayonunun ərazisində yerləşən bir şadlıq evi var – “Mona Liza”. Bu “Mona Liza” Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov cənablarınındır. Abel Məhərrəmov digər vəzifəli məmurlardan fərqli olaraq “Mona Liza”nı özünün adına qeydiyyatdan keçirib. Yəni bütün sənəd-sünədlər hörmətli rektorun özünün şəxsən adınadır. Söhbətimiz bunda deyil. Bu məsələdə zatən, qaranlıq bir məqam yoxdur. Həm də indi bir şadlıq evi nədir ki, az qala vəzifə adamlarının hərəsinin qoca bir şəhəri var.

Məsələni maraqlı edən diqqətli bir Oxucunun bizə göndərdiyi şəkillər və bu şəkillərdəki məqamlardır. Belə ki, “Mona Liza”nın bayırdan binasına işlənən və onun emblemini təşkil edən hərflər diqqətlə baxanda “AM” kimi – Abel Məhərrəmov kimi oxunur. Fotoları xural.com olaraq Oxucularımızın diqqətinə təqdim edirik:

 

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button