Moskvada partlayış təhlükəsi: 900 nəfər evakuasiya olundu

Noyabrın 14-də axşam saatlarında Moskvanın “Kosmos” otelindən 900 nəfərdən çox adam evakuasiya olunub.

Virtualaz.org saytı Rusiya KİV-lərinə istinadən xəbər verir ki, buna otelə partlayıcı qurğu yerləşdirilməsi barədəki xəbər səbəb olub. Məlumatı hüquq-mühafizə orqanlarındakı mənbələr verib.

“Telefonla otelin minalanması xəbəri veriləndən sonra təcili təxliyə başladı. Artıq 900 nəfər köçürülüb, hazırda binada kinoloqlar tərəfindən axtarış aparılır” – deyə mənbə bildirib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button