Moskvada polis əməkdaşının qətlində ittiham olunan Nemət Rəşidov həbs edilib – 2 VİDEO

nemet residovO, özünü müdafiə etdiyini iddia edir.

Azərbaycanın rəsmi orqanları hadisə ilə bağlı açıqlama verməyə tələsmirlər.

xural.com Rusiya mətbuatına istinadən xəbər verir ki, Moskvanın Çertanov məhkəməsi polis əməkdaşı Andrey Bannovun qətlində ittiham olunan Azərbaycan vətəndaşı Nemət Rəşidovun həbsi barədə vəsatəti təmin edib. “Nemət  Rəşidov barəsində iki ay müddətinə, yəni iyulun 27-dək, həbs qətimkan tədbiri seçilsin”, deyə hakim bildirib.

Bundan əvvəl polis əməkdaşının qətlində şübhəli şəxs qismində saxlanılan Nemət Rəşidova ittiham təqdim edilib. Qeyd edək ki, mayın 27-də gecə saat 03.00 radələrində polis əməkdaşları içində ödəniş terminalını oğurlamaqda şübhəli bilinən şəxsin olduğu “Qazel” avtomobilini təqib ediblər.

Moskva dairəvi yolunun 24-cü kilometrliyində “Qazel” patrul avtomobilləri tərəfindən dayandırılıb. Lakin cinayətdə günahlandırılan şəxs meşəyə qaçıb. Onu yaxalamağa çalışan polis əməkdaşlarından biri azı 3 bıçaq yarası alaraq hadisə yerində keçinib.

Törətdiyi cinayətə görə Nemət Rəşidov 20 il həbs cəzasına məhkum edilə  bilər. Nemət Rəşidov polis əməkdaşını necə öldürdüyü ilə bağlı istintaqa açıqlama verib. O bildirib kiŞ polis ona maçını saxlamaq əmri verərkən, maşını qoyub qaçıb. Buna baxmayaraq polis onu fasiləsiz təqib etməyə başlayıb və o özünü müdafiə məqsədilə polisə iki bıçaq yarası ilə xəsarət yetirib. VİDEO


Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button