MTN əməkdaşları Heydər Əliyevin məzarını ziyarət ediblər – FOTOlar
Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları Fəxri xiyabanda Heydər Əliyevin məzarını ziyarət ediblər.
apa.az-ın məlumatına görə, milli təhlükəsizlik nazirinin birinci müavini, milli təhlükəsizlik naziri vəzifəsini icra edən, general-leytenant Mədət Quliyev başda olmaqla nazirliyin şəxsi heyəti Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyublar.
Nazirlik əməkdaşları görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini anıblar.
Qeyd edək ki, H. Əliyevin vəfatından 12 il keçir.