MTN-dən rəsmi açıqlama…

MTN-dən rəsmi açıqlama...

“Yalan, böhtan və təhqir xarakterli informasiyaların yayılması yolverilməzdir”

 
 
Musavat.com AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Milli Təhlükəsizlik Nazirliyinin İctimai əlaqələr idarəsindən bildiriblər. 
İdarədən bildirilib ki, Milli Təhlükəsizlik Nazirliyinin ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə və yol verilmiş digər qanun pozuntuları faktları üzrə Baş Prokurorluqda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, Milli Təhlükəsizlik Nazirliyinin 7 vəzifəli şəxsi Cinayət Məcəlləsinin 308.2-ci, 309.1-ci və 302.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunublar: “Lakin son vaxtlar bir sıra dövri mətbuat və elektron informasiya vasitələrində intensiv surətdə yoxlanılmamış və həqiqətə uyğun olmayan, şayiə xarakterli məlumatlar verilir. Həmin şayiələrdə guya, Milli Təhlükəsizlik Nazirliyinin yüksək rütbəli və vəzifəli əməkdaşlarının “həbs olunması”, habelə onların xidmətlə bağlı olmayan fəaliyyətləri barədə məlumatlar yayılır. Qeyd olunmalıdır ki, bu cür yalan, böhtan və təhqir xarakterli informasiyaların yayılması yolverilməzdir.
Milli Təhlükəsizlik Nazirliyi ölkədə sabitliyin və təhlükəsizliyin etibarlı təmin olunması üzrə fəaliyyətini əzmlə davam etdirir, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin bütün əmr və göstərişləri dərhal və vicdanla yerinə yetirilir”.
Qeyd edək ki, Prezident İlham Əliyev oktyabrın 17-də milli təhlükəsizlik naziri general-polkovnik Eldar Mahmudovun vəzifəsindən azad olunması haqda sərəncam imzalayıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button