MTN generalının otel qalmaqalı: “Mədət Quliyevə müraciət edəcəyik”-FOTO

Xural.com xəbər verir ki, bu barədə məlumatı BakiPost.az-a iş icraçısı Pərviz Zahidov verib. Onun sözlərinə görə, otelin içərisində aparılan təmir işlərini həyata keçiriblər, amma haqlarını tam şəkildə ala bilmirlər: “İşimiz müqabilində 170 min manat almışıq. Onun bizə 20 min 300 manat bir, 10 min manat da bir borcu qalıb. Lakin həmin pulu ödəmək istəmir”.
Şikayətçinin sözlərinə görə, general onları hədələyir, pulu tələb etdikləri təqdirdə başlarına oyun açacağını bildirir: “Deyir, mən generalam və bu yaxınlarda yenidən əvvəlki işimə qayıdacağam, elə eləməyin ki, həyatınıza problem yaradım. Biz isə pulumuzu tələb edirik. Onsuz da biz çox ucuz qiymətə işləmişik. Bizə çox az pul qalıb bu işdən. Həm də onda qalan pulu alıb sərf etdiyimiz materiala verməliyik, yəni bizim də bu işə görə borclu qaldığımız şəxslər var. O adam həmişə hədə-qorxu yoluyla işlərini görüb. Elə bilir, əvvəlki MTN-nin vaxtıdır, hamını şərləyib istədiyini etdirə biləcək. Biz ondan əl çəkən deyilik. Son qəpiyimizə kimi tələb edəcəyik”.
İş icraçısı məsələ ilə bağlı Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri general Mədət Quliyevə müraciət edəcəyini, bu məsələdə ondan yardım istəyəcəyini də bildirib.
Bu ittihamlarla bağlı general Hafiz Musayev BakiPost.az-a açıqlama verib. Adıçəkilən otelin ona məxsus olduğunu təsdiqləyən general şikayətlərin tam əsassız olduğunu söyləyib: “Onlar dələduzdurlar. Nə deyirlər qələt eləyirlər. Əslində onlar mənə “atıblar”. 60 min pul verməlidirlər mənə”.
General ondan şikayət edən şəxslərdən prokurorluğa müraciət edəcəyini dilə gətirib: “Sənədlər, müqavilələr hazırlanır. Onları verəcəm prokurorluğa. Onlar mənə şər atır”.  
Qeyd edək ki, 2015 oktyabr ayında MTN-in Əks-Kəşfiyyat Baş İdarəsinin rəisi general-mayor Nizami Şirinov tutduğu vəzifədən azad olunandan sonra Hafiz Musayevin onun yerinə təyin edilməsi barədə məlumat yayılmışdı. Sonradan bu informasiya təsdiqini tapmadı. Üstəlik, o  idarənin rəis müavini postundan uzaqlaşdırıldı.



Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button