“MTN işi” ilə bağlı ilk intihar; Həbslər dalğası mobil operatorlara da keçəcək

mtn1-e1445439444669

Nazirliyin həbs olunan zabitləri barədə ilginc məlumatlar

MTN işi” ilə bağlı “Azadlıq”a da yeni məlumatlar daxil olub. Məlumatlarda bildirilir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyev də keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun qurduğu şəbəkənin üzvü olub. Faiq Qəniyev 1998-ci ildən 2013-cü ilə qədər Milli Təhlükəsizlik Nazirliyində (MTN) işləyib. O, əvvəlcə MTN-nin Istintaq Idarəsində müstəntiq, daha sonra mühüm işlər üzrə baş müstəntiq, daha sonra isə şöbə rəisinin müavini olub. Iddialara görə, Faiq Qəniyev MTN-də işləyərkən sahibkarların soyulmasıəməliyyatlarında fəal iştirak edib. Faiq Qəniyev hakim olanda da bu şəbəkənin sifarişlərini icra edib.

Məlumatlarda həmçinin bildirilir ki, bir neçə gün əvvəl həbs edilən MTN-in Baş Əks-Kəşfiyyat Idarəsinin sabiq şöbə rəisi Mirəziz Əsgərov şəhid Mübariz Əzizovun ailəsinin ölkə başçısı İlham Əliyevə ünvanladığı müraciətdən sonra həbs edilib. Həmin müraciətdə deyilirdi ki, ailənin oğlu Vidadi Əziz xarici ölkədə qazandığı pulu 2012-ci ilin aprel ayında Azərbaycanda fəaliyyət göstərən banklardan birinə köçürüb. VidadiƏziz Azərbaycanda biznes qurmaq üçün həmin pulu bankdan çəkərkən 20-25 maskalı şəxs onu bankın qarşısında saxlayaraq, MTN-ə gətirib. Nazirlikdə ona işgəncə verilib və 740 min ABŞ dolları zorla əlindən alınıb. MTN-də Vidadi Əzizin başına silah dirəyərək, bundan sonra quracağı biznesində onunla şərik olacaqlarını deyiblər.

Araşdırmalar zamanı bəlli olub ki, Vidadi Əzizin işi Mirəziz Əsgərova tapşırılıbmış. Lakin o istintaqa ifadəsində məsuliyyəti Eldar Mahmudovun üzərinə atıb. MirəzizƏsgərov bildirib ki, Vidadi Əzizin tez-tez Irana getməsi onlarda şübhə yaradıb. Araşdırmalar zamanı Vidadi Əzizin hesabından 740 min manat pul olduğu üzə çıxıb. Bundan sonra Vidadi Əziz saxlanılıb. Lakin araşdırmalar başa çatmamış Eldar Mahmudovun göstərişilə sərbəst buraxılıb. Mirəziz Əsgərovun həmin pulun Eldar Mahmudov tərəfindən alınması faktiki eyham edib.

Deputatın qohumu hansı məmurun yaxınından 2.5 milyon manat alıb?

Məlumatlara görə, MTN-in Istintaq Idarəsinin müstəntiqi Vüsal Ələkbərov yüksək ranqlı məmurlardan birinə yaxın iş adamından 2.5 milyon manat aldığına görə həbs edilib. Bildirilir ki, Vüsal Ələkbərov deputat Astan Şahverdiyevin qardaşının kürəkənidir. Onun bir qayını Eyvaz Şahverdiyev Bakı şəhər Yol Polisi Idarəsində şöbərəisi vəzifəsində çalışır. Digər qayını Fəqan Şahverdiyev isə baş nazirin müavini Əli Həsənovun rəhbəri olduğu Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun rəhbəridir.

Məlumatlarda o da bildirilir ki, “MTN işi” ilə bağlı həbslər dalğası mobil operatorlara da keçə bilər. Iddialara görə, artıq mobil operatorlarda Eldar Mahmudovun qurduğu şəbəkənin üzvlərinin olub-olmaması ciddi araşdırılır.

MTN işi” ilə bağlı redaksiyamıza daxil olan məlumatlarda o da bildirilir ki, Eldar Mahmudovun komandası sifarişli həbslər həyata keçirərkən və hədəfdə olan obyekt narkotik maddə, yaxud silahla şərlənərkən məlum olur ki, narkotikin və ya silahın sahibləri naməlum Hüseyn və Rza adlı Iran vətəndaşlarıdır. Konkret olaraq “Bizim Yol” qəzetinin əməkdaşı Pərviz Həşimlinin və keçmiş nazir Nicat Quliyevin işlərindədə bu adamların adı keçir. Bundan başqa intihar edən MTN polkovnikinin Malik Mustafayevin qardaşı Mətləb Mustafayev də həbs olunarkən cinayət işində bu adamların adlarına rast gəlib.

Fatmayıdakı intiharla “MTN işi” arasında əlaqə

Aznews.az saytı isə məlumat yayıb ki, iki gün əvvəl Abşeron rayon Fatmayı kəndindəintihar hadisəsi baş verib. Mehman Nadirov adlı şəxs özünü yaşadığı həyətdəki ağacdan asıb. Əsasən ev və torpaq alğı-satqısıyla məşğul olan Mehman Nadirovun ölüm səbəbləri barədə dəqiq məlumat olmasa da, bir neçə maraqlı versiya var.

Yaxın çevrəsindən bildirilir ki, onun canına qəsd etməsi aldığı mənzilləri sata bilmədiyindən külli miqdarda borca düşməsiylə bağlı olub.

Başqa bir versiyaya görə isə o, son günlər gündəmi zəbt edən MTN-dəki hadisələrləbağlı intihar edib. Belə ki, məlumata görə, mərhumun Milli Təhlükəsizlik Nazirliyinin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş Idarəsinin keçmiş rəisi, general-mayor Akif Çovdarovla yaxın münasibətləri var imiş. Bildirilir ki, Çovdarovun Abşerondakı bütün istixanalarına məhz o nəzarət edirmiş. Çovdarovun istintaqa cəlb edildiyi və ona yaxın şəxslərin həbs olunduğu barədə məlumatlar yayılandan sonra Mehman Nadirov təşvişə düşüb. Belə bir vaxtda onun intihara əl atması da çox güman ki, həmin məsələlərlə bağlı olub.

Xəbərlə bağlı AzNews.az-ın əməkdaşı Abşeron rayon Prokurorluğu və Abşeron Polis Şöbəsi ilə saxlayıb. Prokurorluqdan Mehman Nadirovun intihar etmə səbəbinin araşdırıldığı bildirilib: “Fatmeyi kəndində yaşayan Mehman Nadirov noyabrın 10-dan 11-ə keçən gecə intihar edib. Belə ki, Fatmeyi kəndində ev alğı-satqısı ilə məşğul olan Mehman Nadirov yaşadığı ünvanda özünü asıb. Hazırda onun hansı səbəbdən özünü asması məsələsi araşdırılır. Ölüm faktı ilə bağlı artıq istintaq başlanılıb. Araşdırmalar yekunlaşdıqdan sonra ölüm səbəbi bilinəcək”.

Abşeron rayon Polis Şöbəsindən də Mehman Nadirovun hansı səbəbdən intihar etməsiylə bağlı məlumat verilməyib. Şöbədən ölüm səbəbinin araşdırıldığı və istintaqın hələ yekunlaşmadığı deyilib.

Akif Çovdarov laçınlı köçkünə necə zülm edib?

Akif Çovdarovun Masazırda sahib olduğu istixanalarla bağlı Moderator.az növbəti ilginc faktlar yayıb. Mənbə sayta bildirib ki, adıçəkilən MTN generalı Masazırda məskunlaşan laçınlı köçkünün əlindən 5 hektarlıq örüş sahəsini məcburi şəkildə alaraq bu ailəni illər uzunu aclığa və məhrumiyyətə məruz qoyub: “MTN generalı Akif Çovdarov öz vəzifə səlahiyyətini aşaraq bir çox şəxsə hədə-qorxu gəlmək, təhdid etmək yolu ilə onların torpağına əl qoyub ki, bunlardan biri Laçının Alxaslı kəndindən olan, hazırda Abşeron rayonunun Masazır qəsəbəsində məskunlaşan Məmişov Fehruz Isa oğludur. Fehruz Məmişov məcburi köçkün həyatının ilk illərindən dədə-baba sənəti olan fermer təsərrüfatı ilə məşğul olmağa başlayıb ki, onun dinc həyatı Akif Çovdarovun Masazırda peyda olması ilə başa çatıb. Böyük istixana təsərrüfatı üçün gərəkli olan torpaq axtarışına çıxan MTN generalı, Fehruz Məmişova məxsus örüş sahəsinin bunun üçün daha münasib olduğuna qərar verib. Məhz bundan sonra generalın hüzuruna çağırılan Fehruz Məmişova başa salıblar ki, artıq bu torpaqlar Akif Çovdarova məxsusdur və onun istixana təsərrüfatına çevriləcək.

Hektarlarla torpaq sahəsinin əldən çıxdığı görən Fehruz Məmişov Akif Çovdarova bu torpaqların ona məxsusluğunu, yaratdığı fermer təsərrüfatının yalnız onun deyil, bir sıra ailənin yeganə dolanışıq mənbəyi olduğunu vurğulasa da, Akif Çovdarov laçınlı köçkünün bu harayına məhəl qoymur. Əksinə, Fehruz Məmişova bildirilir ki, özünün və ailəsinin təhlükəsizliyini istəyirsə, bir də bu həndəvərdə görünməsin. Beləliklə də, 5 hektarlıq örüş sahəsi bir günün içərisində Akif Çovdarovun istixana təsərrüfatına çevrilir və malını itirən Fehruz Məmişov canından da məhrum olmamaq üçün MTN generalının “məsləhətinə” qulaq asmalı olur”.

Mənbənin məlumatına görə, bundan sonra ağır və məşəqqətli günlər keçirən Məmişovlar ailəsi Akif Çovdarovun qorxusundan üzləşdikləri haqsızlıq haqqında heç harda bir kəlmə də olsun danışmır. Lakin bu ədalətsizliyi həzm etməkdə çətinlik çəkən ailə üzvləri bir-birinin ardınca ağır psixoloji sarsıntılara düçar olur. Fehruz Məmişovun səhhəti qısa müddətdən sonra ciddi şəkildə pisləşir. Ailə başçısı iş qabiliyyətindən məhrum olur.

Fehruz Məmişovun qardaşı Mehman Məmişov isə infarkt keçirərək dünyasını dəyişir. Ailə üzvlərinin qorxu və səksəkə dolu həyatı ölüm və xəstəlikləri bu evin daimi “qonağına” çevliri.

Məlumata görə, tikildiyi vaxtdan bu günə qədər Akif Çovdarovun istixanalarına bacısı oğlu Azər rəhbərlik edir. Adil adlı şəxsin isə Akif Çovdarovun tikinti sektorundakı işlərinə nəzarət etdiyi bildirilir.

Arif Alışanov Eldar Mahmudovun atası ilə bağlı arxivləri silib

Eldar Mahmudovun atası akademik Əhməd Mahmudovla bağlı AzTV-nin hazırladığı verilişlər dövlət televiziyasının arxivindən silinib. Bu xəbəri isə Istiqlal.az saytı yayıb. Bildirilir ki, AzTV-nin sədri Arif Alışanov bu addımı “MTN işi”ndən narahat olduğuna görə atıb.

Əhməd Mahmudov 1923-cü il mayın 25-də anadan olub, 1989-cu il mayın 8-də isədünyasını dəyişib. Eldar Mahmudov milli təhlükəsizlik naziri təyin olunduqdan sonra hər il AzTV Əhməd Mahmudovun doğum və ölüm günləri ilə bağlı veriliş verirdi. Bu verilişlərdə adətən deputatlar Eldar Ibrahimovla Ziyad Səmədzadə çıxış edirdi.

Məlumata görə, bu verilişlər xeyli əvvəldən hazırlanırmış. Artıq 2016-cı il üçün verilişlərin çəkilişinə də başlanıbmış. Eldar Mahmudov işdən çıxarılandab sonra isəçəkilişlər dayandırılıb. Verilişdə iştirak edənlər də onların kadrdan çıxarılmalarını xahiş edib. Beləliklə, AzTV rəhbərliyi ümumiyyətlə bu verilişlərin arxivdən silinməsi qərarını verib.

“Azadlıq” qəzeti

Əlaqəli məqalələr

1 şərh

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button