MTN-nin yeni rəhbəri kim olacaq?

MTN-nin yeni rəhbəri kim olajaq?
Ramil Usubov, Məhərrəm Əliyev, Vahid Əliyev, yoxsa Fərhad Tağızadə?

Eldar Mahmudovun gözlənilmədən MTN-nin başcısı vəzifəsindən azad edildiyindən sonra bu vəzifə boş qalır.

Prezidentin bu vəzifəyə yeni təyinatı barədə sərəncamın olmaması Mahmudovun  işdən çıxarılmasının hansısa təcili səbəblərdən baş verməsindən xəbər  verir.

Məlumatlı mənbələrdən bəlli olub ki, şənbə günü səhərdən prezident administrasiyasında hansısa çox  həddindən artıq mühüm məsələ müzakirə olunub və bütün güc qurumlarının rəhbərləri yarım gün ərzində burada olublar.

ramil usubov

Və ola bilər Mahmudovun taleyi burada həll olunub.

Tədbirin mahiyyətinə gəlincə isə, bunu yuxarılarda daxili “münasibətlərin aydınlaşdırılması” kimi də hesab etmək olar.

Bəzi məlumatlara görə, yaxın zamanlarda bir sıra yenı hay-küylü istefalar olacaq.

Hər halda, bazar günü MTN-də qeyri-adi hadisələr baş verirdi. Nazirliyə baş girişin darvazası tam açıq idi və burada digər dövlət qurumlarının avtomobilləri növbə çəkirdi.

məhərrəm əliyev

Əllərində portfel və qovluq tutan müstəntiqlərə oxşayan bir necə şəxs daim qapıda növbə çəkirdilər. Bütün bunlar icəridə yoxlama aparılmasının və yaxud sənədlərin götürülməsi prosesinin baş verməsi təəssüratını yaradırdı. Hərcənd ki, Mahmudovun saxlanılması xəbərləri rəsmən təsdiq olunmadı, əksinə, təkzib olundu.

vahid əliyev

Yeni nazirin kim olacağına gəldikdə isə, çox ehtimal ki, aşkar namizəd yoxdur. Nəzərə alsaq ki, ölkə rəbərliyi Mahmudova etimadsızlıq göstərib, onun müavinlərindən heç kəs bu vəzifəyə layiq görülməyəcək. Kənardan namizədlər sırasından isə generallar Ramil Usubovun, Məhərrəm Əliyevin və Vahid Əliyevin adları çəkilir. Son ikisi prezidentin müşavirləri siyahısına daxildir, Usubov isə ölkə rəhbərliyinin ən etibarlı adamlarından biri olaraq qalır,  böyük təcrübəyə, o cümlədən aparat oyunları sahəsində və hakimiyyətin üst qatlarında vəziyyət barədə informasiyaya malikdir. Amma peşəkarlıq baxımından onların hec biri MTN rəhbərı vəzifəsinə uyğun deyil, cünkü kadr çekisti deyil. Hərcənd ki, V.Əliyev Naxcıvan MTN-nin bir müddət başcısı olub.

Generalitet arasında bu vəzifəyə uyğun olan namizədin adını çəkmək çox çətindir. Bəlkə də bir nəfəri peşəkarlıq baxımından MTN rəhbəri vəzifəsinə layiq hesab etmək olar. Söhbət Sərhəd xidmətinin rəis müavini Fərhad Tağızadədən gedir. KQB orqanlarının yetişdirməsi olan Tağızadə təhlükəsizlik sistemindən gedəndə özü baradə bacarıqlı peşəkar rəyini formalaşdırmışdı.

Amma bu general qüdrətli Naxcıvan klanının nümayəndəsi deyil və ali rəhbərliklə qohumluq əlaqəsi yoxdur. Və ona görə də peşəkarlıq keyfiyyətləri həlledici rol oynamaya bilər.

2004-cü ilin vəziyyətinin təkrar olunmasını da istisna etmək olmaz. O zaman istefada olan OBXSS polkovniki Mahmudov tamamilə əsassız olaraq MTN-nin rəhbəri oldu və bir gün sonra general rütbəsi aldı.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button