MTRŞ bir neçə şirkətə kabel şəbəkəsi yayımı üçün lisenziya verdi

MTRSH

Televiziya və Radio Şurası (MTRŞ) bu il bir neçə şirkətə kabel şəbəkəsi yayımı üçün xüsusi razılıq (lisenziya) verib.

MTRŞ-da “Uninet” MMC, “RA Technologies” MMC, “ULTEL” MMC, “İZONE” MMC, “Global Technology” MMC, “Biosoft Service” MMC, “Caspel” MMC və “AvirTV” MMC-yə kabel şəbəkəsi yayımı üçün (yayımın üsulu – internet) 6 il müddətinə xüsusi razılıq (lisenziya) verilməsi barədə qərar qəbul edilib.

 Eyni zamanda, MTRŞ tərəfindən “TV TEXSERVİS” MMC-yə, “Videoton” Kiçik Müəssisəsinə Sumqayıt şəhərində, “Pluton Satellite” MMC-yə Sumqayıt şəhərində, “Vircina” Kiçik Müəssisəsinə Sumqayıt şəhərində, “Orbita TV” MMC-yə Sumqayıt şəhərində və Qasımov Möhsüm Hüseyn oğluna Sumqayıt şəhərində kabel şəbəkəsi yayımı üçün (yayım üsulu – kabel)  6 il müddətinə xüsusi razılıq (lisenziya) verilib.

Apa.az

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button