Mübariz Qurbanlı: “İslamda dini bayraqlar yoxdur”

img1950710
APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisdə “Dini etiqad azadlığı haqqında Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” qanun layihəsinin müzakirəsi zamanı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib.
M. Qurbanlı deyib ki, ümumiyyətlə, layihədə dini bayraq anlayışı də əvəzlənməlidir: “Layihədə qeyd olunmalıdır ki, məscidlərdə Azərbaycan bayraqlarından başqa bayraqların asılmasına icazə verilmir. Bununla da dini bayraq məsələsi ortadan qalxar”.
Dövlət Komitəsinin sədri dini atribut məsələsinin də layihədən çıxarılması barədə təklifləri də məntiqli sayıb: “Dini atribut yerinə yazıla bilər ki, ibadətgahlardan kənarda dini şüarların, rəmzlərin nümayiş etdirilməsi qadağandır”.
M. Qurbanlı indiyə qədər xaricdə dini təhsil aldıqdan sonra Azərbaycanda da əlavə dini təhsil alanlara son qadağanın şamil olunmayacağını, çünki qanunun geriyə qüvvəsinin olmadığını nəzərə çatdırıb: “Hazırda xaricdə dini təhsil alanlar Azərbaycanda dövlət qurumlarında çalışa biləcəklər”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button