Müdafiə Komitəsi Rüfət Səfərovla bağlı vəziyyətdən narahatdır

“Onun həyat və sağlamlığı təhlükə altındadır” Rüfət Səfərovun Hüquqlarını Müdafiə Komitəsi keçmiş prokurorluq işçisi ilə bağlı son durumdan ciddi narahatdır. Bu barədə Moderator.az-a Müdafiə Komitəsindən məlumat verilib. Məlumata görə, R.Səfərov həbs olunsa da, ona qarşı qərəzli münasibət davam edir: “Müdafiə Komitəsi olaraq bildiririk ki, qanunsuz və sifariş nəticəsində həbs olunan R.Səfərova qarşı qərəzli münasibət davam etməkdədir. Bu münasibətin bir nümunəsi də onunla eyni kameraya təhlükəli residivistin salınmasıdır. Hansı ki, bu şəxs öz davranış və danışığı ilə R.Səfərovun əsəblərini korlamağa, onu psixoloji baxımdan sarsıtmağa çalışır. Hesab edirik ki, 25 illik məhkumluq həyatı olan residivistin R.Səfərovla eyni kameraya salınması təsadüfi deyil və bu R.Səfərovla bağlı məkrli niyyətlərdən xəbər verir. Həm qanuni, həm də əxlaqi-mənəvi baxımdan yolverilməz olan bu addımla bağlı Müdafiə Komitəsi olaraq əlaqədar qurumlardan tələb edirik ki, R.Səfərovla bağlı yaranmış vəziyyətin ciddiliyi nəzərə alınsın və onun təhlükəsizliyi təmin edilsin. Habelə, elan edirik ki, R.Səfərovla bağlı yaşanacaq hər hansı arzuedilməz olaya görə bilavasitə Ədliyyə Nazirliyi və Penitensiar Xidmət məsuliyyət daşıyacaq”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button