Müdafiə naziri şəhid pilotların vida mərasimində iştirak edib

 zakir vida

*** 12:00

Qoşunların təmas xəttində Ermənistanın hücumunu dəf edərkən Azərbaycanın şəhid olan pilotları mayor Təbriz Musazdə, mayor Ürfan Vəlizadə, baş leytenant Bəkir İsmayılov və Silahlı Qüvvələrin polkovnik-leytenantı Murad Mirzəyevlə vida mərasimində müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirin birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov da iştirak edir.

*** 10:49

Qoşunların təmas xəttində Ermənistanın hücumunu dəf edərkən Azərbaycanın şəhid olan pilotları mayor Təbriz Musazdə, mayor Ürfan Vəlizadə, baş leytenant Bəkir İsmayılov və Silahlı Qüvvələrin polkovnik-leytenantı Murad Mirzəyevlə vida mərasimi keçirilir.

Report.az-ın xəbərinə görə, Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzində keçirilən vida mərasimində millət vəkilləri, ziyalılar, şəhid olan pilotların yaxınları, habelə sadə vətəndaşlar iştirak edir.

Şəhidlər ikinci Fəxri xiyabanda dəfn olunacaq.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button