Müdafiə Nazirliyi erməni yalanının üstünü açdı

Azərbaycan Müdafiə Nazirliyi erməni hərbçinin Azərbaycan tərəfindən açılan atəş nəticəsində yaralanması barədə yayılan məlumatlara aydınlıq gətirib.

Nazirliyin mətbuat xidmətindən bildirilib ki, Azərbaycan tərəfindən açılan atəş nəticəsində dövlət sərhədində erməni hərbçinin yaralanması barədə Ermənistan mətbuatının yaydığı məlumat tamamilə yanlışdır:

“Azərbaycan Ordusunun bölmələri atəşkəs rejiminə tam riayət edir. Ermənistan ordusunda hökm sürən özbaşınalıq və nizam-intizamsızlıq nəticəsində baş vermiş bu hadisə erməni ictimaiyyətindən gizlədilməsi məqsədilə məhz bu formada təqdim edilir. Bu, ilk hadisə deyil ki, Ermənistanın hərbi rəhbərliyi ordularındakı qeyri-döyüş itkilərini Azərbaycan tərəfinin üzərinə atmağa cəhd göstərir. Lakin obyektiv araşdırma aparılarsa, güllənin hansı erməni əsgərin silahından açıldığı Ermənistan ictimaiyyətinə tam aydın olar”.

Qeyd edək ki, Ermənistan saytları erməni hərbçi 1987-ci il təvəllüdlü Adibek Mikoyanın Azərbaycan tərəfindən açılan atəş nəticəsində yaralandığı barədə məlumat yayıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button