Müddəti ötmüş ərzaq malları satılır

1366648386_produkts29.07.2013

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti növbəti monitorinqlər keçirib.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata əsasən, monitorinqlər zamanı Bakının Səbail, Abşeron, Binəqədi, Nəsimi, Suraxanı, Xəzər rayonlarında, eləcə də Xızı, Goranboy, Mingəçevir, Samux, Bərdə, Ağdam, Füzulidə mağazalarda saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satıldığı aşkarlanıb.

Monitorinqlərin nəticəsində ümumilikdə 310 kiloqrama yaxın saxlama müddəti ötən və ya normativ sənədlərin tələblərinə cavab verməyən ərzaq malları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button