Müğənni Jasminin əri həbs edildi – 1 milyardlıq oğurluq

338817Tanınmış rusiyalı müğənni Jasminin həyat yoldaşı, 28 yaşlı biznesmen İlan Şor Moldoviyada həbs olunub.

qafqazinfo.az Rusiya KİV-nə istinadən xəbər verir ki, banklardan birindən 1 milyard rubl oğurlamaqda ittiham olunan İlan Şor Korrupsiyaya Qarşı Mübarizə üzrə Milli Mərkəzə aparılıb.

Hüquq-mühafizə orqanları, həmçinin müğənninin ərinə siyasi sığınacaq verən dostlarını da həbs etmək niyyətindədirlər.

Qeyd edilir ki, 37 yaşlı müğənninin həyat yoldaşının Rusiyaya girişinə 6 il qadağa qoyulub. Qadağaya səbəb kimi biznesmenin Rusiya və Moldova banklarında apardığı maliyyə əməliyyatları olub. Belə ki, həmin əməliyyatlardan sonra 100 milyon dollardan çox pul yoxa çıxıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button