Müharibə veteranı özünü yandırdı – FOTO (18+)

Həkimlər Mürsəlov Mirtahirin yaşamaq şansı olmadığını deyiblər

Mayın 19-da, axşam saatlarında Cəlilabad rayonu Polis İdarəsinin qarşısında Qarabağ müharibəsi və 20 yanvar iştirakçısı Mürsəlov Mirtahir Miradil oğlu özünü yandırıb.

Bu barədə qaziler.az saytına özünə qəsd edən müharibə veteranının qardaşı Mirkamil Mürsəlov məlumat verib.
Onun sözlərinə görə, qardaşının özünə qəsd etməsinə səbəb rayon rəhbərliyinin onun problemlərinə biganəliyi olub.
M.Mürsəlov Bakı şəhərindəki 5 nömrəli xəstəxananın yanıq şöbəsinə yerləşdirlib. Həkimlər yaxınlarına xəstənin yaşamaq şansı olmadığını deyiblər. Hadisə ilə bağlı döyüşçünün həyat yoldaşı Mahirə Mürsəlova prezident İlham Əliyevə teleqram da vurub. Bir neçə gün əvvəl Cəlilabad rayonunda daha bir intihar hadisəsi baş vermişdi. Qarabağ müharibəsi əlili Həsən Abdinov özünü asaraq intihar etmişdi. Hər iki intihar hadisəsinin məmur özbaşınalığına etiraz fonunda baş verdiyi bildirilir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button