Murad Cabbarlı və Mehdi Əliyev həbs olundular


Şəkinin keçmiş icra başçısı Murad Cabbarlı
Şəkinin keçmiş icra başçısı Murad Cabbarlı

Şəkinin keçmiş icra başçısı Murad Cabbarlı və həmçinin “Azərinşaat” MMC-nin rəhbəri Mehdi Əliyev həbs edilib.

 
Bu haqda virtualaz.org saytı xəbər yayıb. Xəbərə görə, məhkəmə adı çəkilən şəxslər barədə 4 aylıq həbs-qətimkan tədbiri seçib.
Sayt yazır ki, Murad Cabbarlı və Mehdi Əliyevin də adı “Cahangir Hacıyev işi”ndə keçir. M. Cabbarlı Beynəlxalq Bankdan götürdüyü kreditləri mənimsəməkdə ittiham olunur. O, Bankın sabiq rəhbəri Cahangir Hacıyevə yaxın şəxslərdən hesab olunur. M.Cabbarlı Şəkinin icra başçısı postuna da C.Hacıyevin dəstəyi ilə təyin olunmuşdu.
Məlumatda o da bildirilir ki, M.Cabbarlı C.Hacıyevin yaxından köməyi ilə Beynəlxalq Bankdan 200 milyon manata kredit götürmüşdü. Sabiq icra başçısı bu pula Şəkidə kərpic zavodu tikdirmişdi. Lakin bankdan götürülən pulların böyük hissəsi sabiq icra başçısı tərəfindən mənimsənilmişdi.
M.Əliyev də C.Hacıyevin köməyi ilə Beynəlxalq Bankdan iri məbləğlərdə kredit götürərək həmin pulların mənimsənilməsində ittiham olunur.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button