“Müsəlman qardaşlar”ın sabiq lideri vəfat edib

Misirdə “Müsəlman qardaşlar” hərəkatının sabiq başçısı Məhəmməd Mehdi Akif vəfat edib.

APA-nın məlumatına görə, bu barədə “Al-Ahram” qəzeti xəbər verib.

88 yaşlı keçmiş hərəkat lideri Qahirə xəstəxanalarının birində vəfat edib.

Məhəmməd Mehdi Akif 2004-2010-cu illərdə “Müsəlman qardaşlar” hərəkatının rəhbəri olub.

Qeyd edək ki, 2013-cü ildə Misir məhkəməsi “Müsəlman qardaşlar” hərəkatının fəaliyyətini  qadağan edib və təşkilatın mülkiyyətinin müsadirə olunmasına qərar verib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button