Müsabiqə şərtini ödə və tələbə ol!

images (2)30.07.2013

Tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu müsabiqəsi Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında toplanılan ballar əsasında aparılır.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) verilən məlumata əsasən, ixtisas seçimi avqustun 18-dən 22-dək internet vasitəsilə aparılacaq. Abituriyentlər elektron ərizədə orta ixtisas təhsil müəssisələrinin ixtisasları ilə yanaşı, müsabiqə şərtini ödədikləri halda, ali təhsil müəssisələrinin boş qalan yerləri olan ixtisaslarının da kodlarını göstərə biləcəklər.

İxtisas seçmək hüququ olan abituriyentlər ali və orta ixtisas təhsili müəssisələrinin 20-dək ixtisas kodunu seçib, onları www.tqdk.gov.az/erizebak internet ünvanında yerləşən “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə istədiyi ardıcıllıqla daxil edərək təsdiqləməlidirlər. Abituriyent ali təhsil müəssisələrinin ixtisas kodlarını seçərkən dövlət sifarişi əsasında və ya ödənişli əsaslarla təhsil almaq istədiyini qeyd edir.

Əgər abituriyent hər hansı bir ixtisas üzrə həm dövlət sifarişi, həm də ödənişli əsaslarla olan yerlərin müsabiqəsində iştirak etmək istəyirsə, bu halda həmin ixtisasın kodunu ərizəyə iki dəfə daxil etməli və ayrılıqda bu ixtisas üzrə təhsilini dövlət sifarişi əsasında və ödənişli əsaslarla almaq istədiyini qeyd etməlidir. Ərizəsini təsdiqləmək üçün isə abituriyent TQDK-nın yeni virtual ödəmə kartını alır və onun şifrindən istifadə edir. Elektron ixtisas seçimi ərizəsini təsdiqləməyən abituriyentlər müsabiqəyə buraxılmayacaqlar .

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button