Müsavat başqanı Ramiz Mehdiyevlə Əli Həsənovun fərqini göstərdi

arif hacılı“Mətbuat Şurası vasitəsilə azad mətbuata, QHT Forumu vasitəsi ilə ictimai sektora həlledici zərbə vurulub”

“İnsanları ələ almaq üçün o qədər resurs cəlb edilib ki, siyasi mübarizəni müxalifət içərisindən çıxarmaq mümkün olmur”.

Bunu Müsavat Partiyasının başqanı Arif Hacılı öz Facebook səhifəsində yazıb. A.Hacılı bildirib ki, Ramiz Mehdiyevlə Əli Həsənovun müqavimət mərkəzləri olan demokratik institutları zərərsizləşdirmək sahəsindəki konsepsiyaları arasındakı fərqlər açıq – aydın görünür: “Birinci əzmək, məhv etmək, klonlaşdırmaq, ikinci isə şirnikdirmək, ələ almaq, özününküləşdirmək siyasətini daha səmərəli sayır”.

Müsavat başqanı hesab edir ki, daxili dövlət siyasətində hər iki konsepsiyanın ən mürtəce tərəflərindən istifadə olunur: “Qəzetlər bağlanır, partiyalar,  ictimai təşkilatlar təqib edilir, xüsusi fəallıq göstərənlər həbs olunur. Eyni zamanda Şurikin Qafqaz sərgüzəştlərini əks etdirən “Qafqaz əsiri” filmində olduğu kimi “mane olan yardım edəcək” hiyləsindən istifadə edilir. Bu sahəyə o qədər resurs cəlb edilib ki, siyasi mübarizəni müxalifət içərisindən çıxarmaq mümkün olmur. Deputat mandatı “siçan tələsində pendir”ə çevrilib. Mətbuat Şurası vasitəsilə azad mətbuata, QHT Forumu vasitəsi ilə ictimai sektora həlledici zərbə vurulub. Siyasi partiyaların dialoq masası adı altında çoxpartiyalı sistemi sıradan çıxarmaq cəhdləri davam edir”.

Arif Hacılı təəssüflənir ki, təqiblərdən, həbslərdən, hətta ölüm təhlükəsindən çəkinməyən bir çoxu, maddi imkanlar, konfortlu həyat, şəxsi rifah naminə irtica qarşısında təslim oldular: “Amma ruhdan düşmək lazım deyil. Təslim olanların sayı artdıqca, duruş gətirənlərin də dəyəri artır”.

 

meydan.tv

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button